"Heç kim sənin yazdığın tarixi silə bilməz"

"Heç kim sənin yazdığın tarixi silə bilməz"
15:12 24 Fevral 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo həmkarı Klaudio Ranyeriyə dəstək olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, "Lester"dən qovulan italiyalı çalışdırıcının tərəfini saxlayıb.

Mourinyo sosial şəbəkədə paylaşdığı statusla Ranyerini dəstəklədiyini bildirib: "İngiltərə çempionu və FİFA-nın versiyasına görə, ilin ən yaxşı məşqçisi seçilmiş şəxs qovulub. Müasir futbol belədir, Klaudio. Gülməyə davam et, dostum. Heç kim sənin yazdığın tarixi silə bilməz".
 
Qeyd edək ki, Ranyerinin rəhbərliyi altında "Lester" 2015/2016 mövsümündə İngiltərə çempionu adını qazanıb. Premyer Liqanın cari mövsümündə isə komanda hazırda 17-ci pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR