Cəlilabad-Yardımlı yolunda iri çatlar yarandı - FOTO

Cəlilabad-Yardımlı yolunda iri çatlar yarandı - FOTO
16:22 24 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Cəlilabad rayonuna yağan qarın əriməsi nəticəsində sürüşmə zonaları yenidən aktivləşib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, daha çox rayon mərkəzindən təxminən 35 kilometr aralıda yerləşən ucqar dağ kəndi Pərdi ərazisində müşahidə olunur. Belə ki, kəndin ərazisindən keçən Cəlilabad-Yardımlı avtomobil yolunda yol yatağının çökməsi nəticəsində ərazidə iri çatlar əmələ gəlib.

Dağlarda əriyən qar suları birbaşa avtomobil yoluna axdığından vəziyyət bir qədər də çətinləşib.

Məsələ ilə bağlı 46 saylı Yol İstismar İdarəsinin əməkdaşları əraziyə baxış keçirib və aidiyyəti qurumlara məlumat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı