Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Latviyanın Xarici İşlər Nazirliyinə nota göndərib.
Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, notaya səbəb Riqa hava limanında yeni səfir Hənanə Halfan Obayde Əli əl-Madaniyə edilən hörmətsizlikdir. Bu barədə XİN-nin mətbuat xidmətindən bildirilib.
Notada vurğulanır ki, səfir Riqaya çatanda aeroprtun işçiləri ondan müsəlmanlara məxsus ənənəvi geyimi və hicabı çıxarmağı tələb ediblər: "Səfir isə cavab olaraq bildirib ki, bunu yalnız qadınların iştirakı ilə edə bilər".
Qeyd edək ki, BƏƏ-nin Riqada səfirliyi fevralın 9-da açılıb.
Milli.Az