DÜNYA TƏHLÜKƏDƏ: Antarktida yarıldı (FOTO+VİDEO)

Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb.

Türkiyə mətbuatında yayılan məlumatına görə, 2014-ci ildə təsbit edilən çatı ingilis tədqiqatçılar ilk dəfə havadan çəkiblər.

Bir neçə kilometr uzanan və getdikcə genişlənən çat qlobal istiləşmənin miqyasını ortaya çıxarıb. Əvvəlcə dar bir yarıq olan çat zaman keçdikcə genişlənib. Ümumi uzunluğu 80 kilometrdən çox olan çatın eni isə 90 metrə qədərdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çat böyüməyə davam edəcək və yeni bir buz dağı yaranacaq.

Bu dəyişikliklər Antarktida qitəsinin görünüşünün yaxın zamanda dəyişəcəyini göstərir. Qitənin hazırkı vəziyyətini əks etdirən foto və videonu təqdim edirik. (Lent.az)














Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı