Məlumata görə, Almatı-Tbilisi reysi ilə ölkəyə gələn şəxsin üzərinə hava limanında baxış zamanı 1,9 kiloqram civə tapılıb.

Metbuat.az xəbər verir ki, dəlildən yaxa qurtarmaq istəyən şəxs civəni zibil qutusuna tökməyə çalışıb, amma bu zaman kimyəvi maddə döşəməyə dağılıb.

Hadisə insanların təcili evakuasiyasına və aeroportun işinin bir saat yarım dayanmasına səbəb olub. Nəticədə 6 reys ləngiyib .Məhkəmə həmin şəxsi 6 il azadlıqdan məhrum edib.

Əsmər / Metbuat.az