Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Corc Kluninin xanımı, vəkil Amal Kluni hamilədir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Fransanın kinematoqrafiya sahəsində ən nüfuzlu mükafatı sayılan "César d'Honneur Award"ın təqdimat mərasiminə Corc və Amal Klunilər birlikdə qatılmışdılar.
39 yaşlı Amal Kluninin əkizlərə hamilə olduğu deyilir.
Parisdəki "Salle Pleyel"də təşkil olunmuş mərasimdə 55 yaşlı Corc Kluniyə də mükafat təqdim olunub. Aktyor "Rencontres de Cinema"nın reportyoru ilə söhbətində də xanımının əkizlərə hamilə olduğunu deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində