Tanınmış politoloq: "Aparıcı dövlətlər ermənilərin nazı ilə oynayırlar"

Tanınmış politoloq: "Aparıcı dövlətlər ermənilərin nazı ilə oynayırlar"
14:05 25 Fevral 2017
291 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər ona görə cəbhədə təxribatlar törədirlər ki, indiyədək bır sıra aparıcı ölkələr onların nazı ilə oynayıblar.

Bu barədə Milli.Az-a Ermənistan silahlı qüvvələrinin son zamanlar işğal etdikləri Dağlıq Qarabağda Azərbaycan qoşunları ilə təmas xəttində, cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq təxribatlar törətməsinin səbəblərini şərh edən tanınmış politoloq Fikrət Sadıqov bildirib.

Politoloq qeyd edib ki, hegemon dövlətlər və ATƏT-in Minsk qrupu həmsədrləri ikili standartlardan çıxış edir və işğalçı Ermənistana təzyiq göstərmirlər: "Bizə deyirlər ki, müəyyən kompromisə gəlin, onlarla masa arxasına əyləşin, danışıqları davam edin. Onlar işğalçılara təzyiq etmək, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməsini, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb etmək əvəzinə hansısa kompromislərə çağırışlarla çıxış edirlər. İndi bunun nəticədir ki, işğalçılar ürəklənib cəbhədə təxribatlar törədir, gərginlik yaradırlar. Əlbəttə ki, Azərbaycan da buna adekvat və simmetrik cavab verməyə hazırdır. Belə layiqli cavablar verilir. Aprel hadisələri isə buna bariz sübutdur".

F.Sadıxovun fikrincə, cəbhədə vəziyyətin ara-sıra gərginləşməsinin başqa səbəbi də var: "Sarkisyan rejimi hakimiyyətdə olduğu dövrdə bu cür təxribatlara daim mütəmadi olaraq əl atacaq. Çünki o, hələ bir neçə il əvvlə "Dağlıq Qarabağ dalğası" ilə hakimiyyətə gəlib. Sarkisya bu dalğanı saxlayaraq və onun içində qalaraq, eyni zamanda təxribatlarla məşğul olaraq bir sıra dairələrə, eyni zamanda parlament seçkiləri öncəsi erməni ictimaiyyətinə, seçicilərin beyninə belə fikir yeritmək istəyir: "Mən sizi qoruyuram. Azərbaycan bizi hədələyir. Azərbaycan bizim üçün böyük bir qorxu, təhlükədir. Biz özümüzü qoruyaraq vaxtaşırı onlara layiqli cavab verməliyik və s". Təbii ki, artıq çox vaxt keçib və erməni cəmiyyətindəki bəzi təbəqələrin nümayəndələri başa düşürlər ki, aparılan bu oyunun əks üzünü onlara aydındır. Təsadüfi deyil ki, Ermənistanda ara-sıra Sarkisyan rejiminə qarşı etiraz dalğaları baş qaldırır, insanlar meydanlara çıxıb kəskin etirazını bildirirlər".
 

Düşmən mövqelərimizə soxulmağa cəhd edib - İTKİLƏRİMİZ VAR

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.
 

Polkovnik Baxışov: "Ermənilərin əsas hədəfi Nərgiz təpədir"

Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR