14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan "Ateitis Cup 2017" turnirinə start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Litvada keçirilən yarışda "Qəbələ"nin U-14 komandası mübarizəyə qoşulub.
B qrupunda çıxış edən təmsilçimiz ilk oyun günündə 2 matça çıxıb. Öncə "Legion"a 0:4 hesabı ilə uduzan "qırmızı-qaralar" ardınca "Riqa" ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə əyalət klubuna 3 xal qazandırıb.
Qeyd edək ki, ilk oyun gününü 3 xalla başa vuran "Qəbələ" 5 komanda arasında 3-cüdü.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində