Bu gün Topaz Premyer Liqasında XX tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə ik matç baş tutacaq.
İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Neftçi” və AZAL sonuncuların meydanında qarşılaşacaq. Qış fasiləsində güclənən “ağ-qaralar” son günlərdə transferlərlə diqqətləri cəlb edən “təyyarəçilər”i xalsız qoymağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri 5 oyunluq məğlubiyyət seriyasına son qoysa, “Kəpəz”lə xal fərqini azaldacaq. Elxan Abdullayevin komandası isə mövqeyini qorumaq üçün qalib gəlməlidi.
Çünki “Neftçi”nin irəliləməsi hələ mümkün deyil. Əvəzində “Sumqayıt”la “Zirə”nin oyununun nəticəsi “ağ-qaralar”la 5-ci yer arasında fərqi azalda bilər. Turnir cədvəlinin qonşuları isə Zirədə üz-üzə gələcəklər. İlk iki dövrədə rəqibinə xal verməyən Samir Abasovun yetirmələri 4-cü yeri qorumaq üçün xal əldə etməlidi. Ayxan Abbasovun komandası isə qələbə ilə irəliləmək imkanına malikdi.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XX tur
27 fevral
15.30 AZAL - Neftçi
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
"AZAL Arena".
18.00 Zirə - Sumqayıt
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
Fanat.Az