ARDNŞ Rusiyaya qaz ixracına dair planlarını açıqladı

ARDNŞ Rusiyaya qaz ixracına dair planlarını açıqladı
10:33 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hələlik Rusiyaya qaz ixracını bərpa etməyi planlaşdırmır. Bu barədə cərşənbə axşamı Trend-ə Dövlət Neft Şirkətindəki mənbə məlumat verib.

2014-cü il sentyabrın əvvəlində ARDNŞ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi və qaz nəqliyyat infrastrukturunda texniki işlərlə əlaqədar Rusiyaya qaz nəqlini dayandırıb.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı bərpa edilməyib, çünki avtomobil yolunun bir hissəsinin tikintisi hələ başa çatmayıb. Bundan başqa, qaz nəqliyyat infrastrukturunda da texniki işlər davam edir: "İşlər davam edir və bu mərhələdə şimal istiqamətində konkret planlar və qaz ixracının bərpası haqqında danışmaq çətindir".

Bundan əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayev Rusiyaya qaz ixracının 2015-ci ildə bərpa edilməsinin mümkün olduğunu bildirmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR