Cinsini dəyişməklə gündəmə gələn türkiyəli aktyor Rüzgar Ərkoçlar evlilik yolunda ciddi addım atıb.
Metbuat.az-ın məlumatına görə, məşhur aktyor uzun müddətdir sevgili olduğu Tuğba Bəyazoğluyla nişanlanıb. Onlar nişan mərasimi zamanı çəkilmiş şəkilləri sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, 4 il əvvəl Rüzgar Ərkoçlar cinsiyyətini dəyişərək kişi olmağa qərar verib.
Sübhan / Metbaut.az




