Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.

Səfir bildirib ki, Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:

"Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".

Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı müxtəlif formatlar yaradılıb, onlar çalışırlar ki, bu məsələlər beynəlxalq hüquq çərçivəsində həll edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində