Hərbinin özəlliklərindən biri də burada terminlərdən, bənzətmələrdən çox istifadə edilməsidir.

Metbuat.az sovet dövründən günümüzə qədər gələn və hələ də gənclərin istifadə etdiyi bəzi terminlərin Azərbaycan dilində qarşılığını təqdim edir:

"Sançast" - Tibb məntəqəsi, hərbçilərə ilkin tibbi yardım burada göstərilir.

"Dinivalni" - "Gün növbətçisi", əsgərlərin növbə ilə cəlb olunduğu öhdəliklərdən biridir.

"Ştab" - Hərbi hissənin qərargahı.

"Katyol" - Yemək bişirilən böyük qazan.

"Padlo" - Bir şeyi özünə rəva bilməmək.

"Perlova" - düyü və süddən hazırlanan səhər yeməyi.

"Saçok" - bəhanə gətirərək, verilən tapşırıqdan yayınan əsgər.

"Priziv" - eyni vaxtda hərbi qulluğa cəlb olunanlar.

Orxan / Metbuat.az