Omeqa Roberts top uğrunda mübarizədən sonra yerə yıxılan yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub
"Kəpəz" və AZAL komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Premyer Liqasının XXI tur matçında qalmaqal baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, qonaq komandanın futbolçusu Omeqa Roberts 63-cü dəqiqədə top uğrunda mübarizədən sonra yerə yıxılan meydan sahiblərinin yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub.
Lakin həmin epizod baş hakim Orxan Məmmədov gözündən yayınıb. Hərçənd, Məmmədov olayın bir neçə metrliyində olub. Məsələyə AFFA İntizam Komitəsində baxılsa, Roberts ciddi cəzalana bilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:
