Pakistanın baş naziri Nəvaz Şərif ilə görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bəli, prezident İlham Əliyevin Pakistan səfəri zamanı verilən rəsmi məlumat belə idi. Məhz bu səfərdən sonra bir çox istər yerli, istərsə də xarici kütləvi informasiya informasiya vasitələri Azərbaycanın Pakistandan ballistik raketlər və müasir hərbi təyyarələr alacağına dair məlumatlar yayıb. Məlumata görə, Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına 26 ədəd Pakistan istehsalı olan "JF-17 Thunder" qırıcı təyyarəsi daxil olacaq. Ermənistan üzərində əzici üstünlüyə sahib olan Azərbaycanın Hərbi Hava Qüvvələri məhz bu qırıcılar sayəsində regionun əsas güc mərkəzlərindən birinə çevriləcək.

Daha ətraflı ATV-nin "Həftə Sonu" proqramında yayımlanan sujetdən biləcəyik:

Aysel Yaqubqızı / Metbuat.az