"Report" bu barədə Banka istinadən xəbər verir.
Yeni filial müasir əməliyyat zalına malikdir. Yenilənmiş filialda həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s. kimi bank xidmətləri göstəriləcək.
"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.