Şimali Koreyada xarici xəbərlərin vaxtından gec yayımlanması ilə bağlı xüsusi qaydalar var və onlara riayət etmək vacibdir. Ancaq bu gün bir istisna baş verib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya Dövlət Televiziyası Cənubi Koreya prezidenti Pak Kın Xenin "impiçment"i barədə dərhal, Konstitusiya Məhkəməsinin qərarı açıqlanar-açıqlanmaz məlumat yayıb. Xəbərdə qeyd olunub: "Pak səlahiyyət müddətinin bitməsinə bir il qalmış devrildi. Adi günahkarlar kimi, haqqında istintaq aparılacaq".

Cənubi Koreya Şimali Koreyanın əsas düşməni hesab olunur. İki ölkə arasında münasibətlər gərgin olaraq qalır.