Latviyanın paytaxtı Riqada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında ticarət mərkəzində başlayıb.

Qeyd olunur ki, yanğınsöndürənlər gələnə qədər ticarət mərkəzində olanlar təxliyə olunublar.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində - idman zalında başlayıb.

Hazırda yanğının söndürülməsində 40-dan çox yanğınsöndürən və 11 maşın iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində