Bu gün adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən dünya şöhrətli alim Albert Eynşteynin doğum günüdür.
Metbuat.az bildirir ki, Eynşteyn yaddaşlarda dahiliyi ilə yanaşı, qeyri-adi olması ilə də qalıb.
3 yaşına qədər danışa bilməyən Albert gənclik illərindən sonra corab geyinməyib. O, bunu ayağın baş barmağının corabı deşməsi ilə əlaqələndirirdi.
Ondan laboratoriyasını soruşduqda isə qələmini göstərirdi.
O, hətta öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olacaq” yazılmış kağızı qapının üstünə yapışdırarmış. Geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyərmiş.
1952-ci ildə İsrail prezidenti vəfat etdikdən sonra Albert Eynşteynə prezident kürsüsü təklif olunsa da, o, imtina edir.
Onun dilini çıxardığı məşhur foto isə jurnalist və fotoqrafların onu bezdirməsi nəticəsində yaranıb. Jurnalist ondan kameraya gülümsəməyi rica etdikdə, o bu şəkildə reaksiya verib.
1955-ci il 18 apreldə vəfat edən alimin dəfnində öz vəsiyyətinə əsasən, cəmi 12 nəfər iştirak edir. Ölümündən sonra Eynşteynin beyni yaxın qohumu tərəfindən oğurlanaraq, üzərində çoxsaylı təcrübələr aparılıb.



