PSG UEFA-ya Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə oyuna (6:1) aid məktub ünvanlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris klubu almaniyalı referi Deniz Aytekinin 7 epizodu düzgün qiymətləndirmədiyini iddia edir.
1. Birinci hissədə Yulian Drakslerin ötürməsi zamanı cərimə meydançası daxilində topun Xavyer Maskeranonun əlinə dəyməsi
2. Jerar Pike 41-ci dəqiqədə Edinson Kavaniyə qarşı kobudluğu görə 2-ci sarı vərəqə almalı idi.
3. "Barselona"nın lehinə verilən 1-ci penaltidə Neymar qəsdən Tomas Menyeyə ilişib yıxılmışdı. Aytekin epizodu aydın görsə də, penalti qərarını qapı xəttində duran hakimin təkidi ilə vermişdi.
4. Hesab 3:1 olanda Markinyosun ayağına qəsdən zərbə endirdiyinə görə Neymar qırmızı vərəqə almalı idi.
5. Oyunun 78-ci dəqiqəsində Di Marianın cərimə meydançasına ötürməsi zamanı top Pikenin əlinə dəymişdi. Hakim penalti verməli idi.
6. Matçın 85-ci dəqiqəsində Maskerano qapıçı ilə təkbətək çıxan Di Marianın ayağına arxadan zərbə vurduğu üçün penalti təyin olunmalı idi.
7. Hesab 4:1 olanda "Barselona"nın lehinə verilən 2-ci penalti qərarı. PSG hesab edir ki, həmin epizodda Luis Suarezə simulyasiyaya görə 2-ci sarı vərəqə göstərilməli idi.
Bu məktuba UEFA tərəfindən yaxın vaxtlarda cavab veriləcək. PSG-nin iradları qəbul olunsa belə, matçın yenidən keçirilmə ehtimalı yox dərəcəsindədir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

