ABŞ və Cənubi Koreyanın müştərək hərbi təlimləri Şimali Koreyada narazılığa səbəb olub.
Metbuat.az-ın məlumatına görə, rəsmi Pxenyan ölkənin suverenliyinə zərər dəyəcəyi təqdirdə hər iki ölkəyə sərt cavab veriləcəyini açıqlayıb.
KCNA xəbər agentliyində yayımlanan bildirişdə deyilir:
"Ölkəmizin suverenliyinə zərər dəyərsə, Şimali Koreya ordusu qurudan, havadan, dənizdən və dəniz altından hücumlar təşkil edəcək".
Qeyd edək ki, ABŞ və Cənubi Koreya 1 martdan etibarən Şimali Koreya sərhədi yaxınlığında hərbi təlimlər keçirirlər.