ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz yüksək rütbəli zabiti rüşvət almaqda ittiham olunur

ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz yüksək rütbəli zabiti rüşvət almaqda ittiham olunur
09:32 15 Mart 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ Ədliyyə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) səkkiz zabitini, o cümlədən bir admiralı korrupsiyaya qurşanmaqda ittiham edib.
"Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, təqsirləndirilənlər arasında kontr-admiral Bryus Lavles, HDQ-nin dörd əsas kapitanı və istefada olan dəniz piyadaları polkovniki var. Onlar Sinqapurdan olan iş adamı Leonard Qlenn Frensisdən rüşvət almaqda ittiham olunurlar.
Zabitlər bahalı hədiyyələr qarşılığında sinqapurlu biznesmenə gizli məlumatlar ötürüb və bu informasiyalar nəticəsində iş adamının şirkəti milyonlarla dollarlıq müqavilələr qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-herbi-deniz-quvvelerinin-sekkiz-yuksek-rutbeli-zabiti-rusvet-almaqda-ittiham-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR