Nyu-Yorkun şimal hissəsində yanacaqdoldurma məntəqəsi partlayıb.
Publika.az-ın xəbərinə görə, "Uber" sərnişindaşıma şirkətinə məxsus "Nissan X-Trail" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinə çırpılıb. Qəza nəticəsində partlayış baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hərəkət zamanı bir başqa nəqliyyat vasitəsi "Nissan X-Trail" markalı avtomobili sıxışdıraraq yoldan çıxarıb.
Hadisə zamanı 35 yaşlı sürücü və 40 yaşlı qadın sərnişin yüngül xəsarət alıb.
"Uber" şirkətisə yaydığı açıqlamada sürücünün işdən azad olunduğunu bildirib.
Könül Cəfərli