x
Loading...

İsrail əsgərlərindən növbəti vəhşilik:

İsrail ordusunun əsgərləri Beytullahim şəhərinin cənubundakı Quş-Etziyon qovşağında avtomobillə hücuma cəhd etdiyini iddia etdikləri fələstinli qadına atəş açıblar.

Metbuat.az bildirir ki, ağır yaralanan qadının kimliyi haqda heç bir məlumat verilmir.

İsrail ordusunun yayımladığı son bildiriş mətnində qeyd olunub: "İsrail əsgərləri Etziyon qovşağında maşınla hücuma cəhd edən fələstinli qadını zərərsizləşdirib".

Digər tərəfdən, Fələstənin rəsmi xəbər agentliyi WAFA-ya açıqlama verən Beytullahimdəki Fələstin Qırmızı Xaçının rəhbəri Məhəmməd Avad İsrail əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən 3 mərmi yarası alan qadının xəstəxanaya aparılmasına izin verilmədiyini deyib.

İnsan haqları təşkilatları İsrail hökumətini fələstinliləri mühakiməsiz edam etməkdə günahlandırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR