Sevgilisini vəhşicəsinə öldürmək...

Qısqanclıq bəşər tarixi qədər çox qədim məsələrdən hesab edilir. Bir çox qadın və kişinin “sevginin ifadəsi” adlandırdığı qısqanclığın yəqin ki, gələcəkdə onları hətta intihara belə sürükləyəcəyindən xəbərsizdirlər.

Metbuat.az bildirir ki, cinsin əks cinsə qarşı hədsiz qısqanclığı “sevgi” çərçivəsindən çıxaraq, həddini aşarsa, bu, “pataloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.

Adını Şekspirin “Otello” əsərindən götürən bu sindrom XVII əsrdə yazılsa da, əsərdəki problemlər müasir dövrlə uzlaşır. Əsas mövzusu məhz qısqanclıq olan tragediya, dəlicəsinə vurğun olduğu həyat yoldaşının onu aldatdığından şübhələnən Otellonun sevgilisini vəhşicəsinə öldürməsindən bəhs edir.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, insanlardan çox vaxt qısqanclığın səbəbini soruşduqda, “çünki onu itirməkdən qorxuram” cavabı olur. Bu yolla özlərinə haqq qazandırmağa çalışan tərəflər həm özlərini, həm də münasibətdə olduqları insanı daim narahatlıq içərisində saxlayırlar.

Daim aldadılma qorxusu ilə yaşayan bu insanlar qarşı tərəfi davamlı şəkildə təqib edir, onun evdən bayıra çıxmasına, hətta, pəncərədən baxmasına qadağalar qoyaraq, zövqlərinə də müdaxilə etməyə çalışırlar. Texnologiyanın inkişaf etdiyi müasir dövrdə isə qısqandığı şəxsin telefon və kompüterinə göz qoyan, hətta evdə gizli kamera quraşdıranların da sayı az deyil.

Psixoloq pataloji qısqanclığın qadın və kişilərdə əsasən cinsi funksiya pozuntusu ilə bağlı olduğunu bildirib. Cütlüklər arasında yaranan problemin köklü şəkildə həll olunmamasının gələcəkdə hətta boşanmalara gətirib çıxara biləcəyini qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR