x
Loading...
.

Ədviyyat qoxulu ətirlər ehtirası artırır

Qoxuların sizi idarə etdiyini, insanların qoxular vasitəsilə bir-birinə bağlandığını bilirdinizmi?

Məhz ətirlər insan haqda məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər insanın ağırtəbiətli, ciddi, şirin özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər isə ehtiraslı olduğunu bildirir.

İlk ətirlər Misirdə tüstü formasında hazırlanaraq, ilk dəfə kişilər tərəfindən istifadə edilib. Qızılgül ləçəklərindən hazırlanan ətirlərə sonradan spirt vurulmağa başlanıb.

Ekspertlərin fikrincə, insanlara daha çox ədviyyat qoxulu ətirlər təsir edir. “Afrodizyak” adlanan bu tip ətirlər kişilərin diqqət mərkəzində qalmaq üçün gözəl seçimdir. Darçın qoxusu isə xüsusilə cəzbedicidir.Vanil qoxulu ətirlər də kişilərin sevdiyi qoxular siyahısına daxildir. Lavanda çiçəyinin qoxusu isə gün ərzində insanı yorğunluqdan qorumaqla yanaşı, cinsi hissləri də artırır.

Yaz mövsümünün başlaması ilə yüngül, çiçək qoxulu ətirlərə üstünlük versəniz, heç də yanılmarsınız. Məhz bu cür qoxular sizdə yaşama həvəsini artıracaq. Şirin qoxular individual olsa da, insanda ehtiras yaradır.

Ətir seçərkən dəri tipini də nəzərə almağı unutmayın. Quru dəri tipinə malik insanlarda qoxu az, yağlı dəridə isə uzun müddətə qalır. Buna görə də, yağlı dərisi olanlar ədviyyat qoxularına, quru dərililər isə çiçək qoxularına üstünlük versə yaxşı olar.

Yaş məsələsinə gəldikdə isə, yeniyetmə və gənclərin meyvə və sabun kimi yüngül qoxulara, yaş artdıqca isə ədviyyat və çiçək qoxularına müraciət etmələri daha məqsədəuyğundur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR