x
Loading...

Düz adı ilə bizə sırınan səhv MƏLUMATLAR - FOTOLAR

Düz adı ilə bizə sırınan səhv MƏLUMATLAR - FOTOLAR
18:38 16 Mart 2017
178 Digər
Ölkə mətbuatı
A- A+

Həyatda doğru bildiyimiz bir çox yalanlar var ki, uzun illər bunun fərqində olmamışıq. Bəzən əksinə də olur, amma istənilən halda doğrusunu bilmək daha yaxşı olardı.

Publika.az onlardan bir neçəsini təqdim edir:

1. Benjamin Franklin ABŞ prezidenti olmayıb. O, sadəcə ABŞ-ın qurulmasında böyük əməyi keçmiş siyasi lider, mason və yazıçı olub.

2. Norveçin Lonqir qəsəbəsində ölmək qanunla qadağandır. Bu ərazidə xəstə adamları dərhal ölkənin digər ərazilərinə göndərirlər. Qəza nəticəsində ölənlərin yaxınları isə cərimələnir.

3. Neandertalın beyin ölçüsü bizimkindən çox olub. Elmi araşdırmalar isə əksini deyir. Neandertalın başı homo sapiensin (“şüurlu adam”, “ağıllı insan” – müasir insan) başından böyük olsa da, birincinin beyin ölçüsü 1800 sm, ikincidə isə 1880 sm olub. İndi kimin beyninin ölçüsünün çox olduğunu özünüz hesablayın.

4. Tənbəllik genetik olaraq nəslə ötürülür. Hər halda ABŞ-ın Kaliforniya Universitetinin alimləri belə qənaətə gəliblər.

5. Təkbuynuz atın vətəni Şotlandiyadır. Mifologiyada tez-tez rast gəlinən bu at xəyal məhsuludur. Sadəcə olaraq, Şotlandiya xalq nağıllarında bu atın adı çox hallandığından onun heykəllərinə müxtəlif yerlərdə rast gəlmək mümkündür.

6. Ərəblər dəvəni Avstraliyadan gətirdirlər, həm də Darvin şəhərindən! Müsəlmanın zəhləsi getdiyi alimin adını daşıyan bu şəhərdə Dəvə fermaları var ki, ərəb ölkələrinin çoxu ətlik dəvələri ordan idxal edirlər. Yükdaşıma dəvələr isə ənənəvi “ərəb malı”dır.

7. Saturn planetində almaz yağışı yağır – bəli! Təsəvvür edin səmadan yer üzünə ovuc-ovuc qiymətli daş yağa! Nə yaxşı ki bu, bizim planetdə baş vermir. Yoxsa yağış altında insanların bir-birini necə əzməsini, itələşməsini təsəvvür etmək mümkün olmazdı. Almaz isə Saturnda bu cür yaranır: adi yağış kömürlə qarışır və planetin yüksək təzyiqi və atmosferin yuxarı qatındakı ildırımlar vasitəsi ilə almaz əmələ gəlir (sənayedə də almazı bu cür əldə edirlər).

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR