"BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir"

"BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir"
08:42 17 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Heyli bildirib ki, o, artıq Təhlükəsizlik Şurasının üzvləri və baş katibi Antoniu Quterriş ilə BMT-nin sülhməramlı fəaliyyətinin islahatı və idarəetmə strukturları üzrə işə başlayıb.

Onun sözlərinə görə, o, ABŞ Konqresinin üzvləri ilə ölkənin maraqlarının BMT-də irəliləməsinə kömək edəcək ölkə büdcəsinin layihəsi üzərində işləyəcək.

Qeyd edək ki, Ağ Ev artıq BMT-nin maliyyələşməsinin azaldılmasını nəzərdə tutan ABŞ büdcəsinin layihəsini dərc edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR