Marsda uşaq dünyaya gətirdi

Bu həftənin ən çox izlənən filmləri sırasında yer alan “Bu dünyanın xarici” filmi Marsda uşağın dünyaya göz açmasından bəhs edir.

Mətbuat.az xəbər verir ki, Kaloniya qurmaq məqsədilə kosmik gəmidə Marsa üz tutan kosmonavt Sara Eliot enişdən dərhal sonra dünyaya oğlan uşağı gətirir. Lakin o, doğuş zamanı vəfat edir. Heyət üzvləri tərəfindən böyüdülən Qardner Eliot 16 yaşında yalnız 14 elm xadimini tanıyır və dünya haqqında oxuduqlarından başqa heç nə bilmir. Buna baxmayaraq o, NASA tərəfindən dünyaya geri göndərilir, üzərində müxtəlif tədqiqatlar aparılır. Tibbi nəticələrə əsasən, Qardnerin orqanlarının atmosferə yad olduğu ortaya çıxır.

Hadisələrin gedişatı bununla bitmir. Qardner NASA-nın ona ayırdığı xüsusi yerdən qaçaraq, internetdə tanış olduğu Tulsa adlı qızla öz duyğularını kəşf edə biləcəyi bir aləmə səyahətə çıxır.

Qeyd edək ki, filmin baş rol ifaçıları Asa Batəfild və Brit Robertsondur.

Aytən Novruzova / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR