x
Loading...
.

Qadınları "seks köləsi" edən səbəblər...

Dünyada hər gün minlərlə qadın təcavüzə məruz qalır. Qadınlara təcavüz olunması üzrə "lider" ölkə olan Hindistanda yerli və xarici qadınların zorlanması artıq “dəb” halına çevrilib. Misirdəki qadınların da 99,3 faizi seksual təcavüzə məruz qalır.

Son zamanlar Azərbaycanda da təcavüz halları artıb. Təcavüzə uğrayan insanlar hadisədən sonra keçmiş həyatlarına dönə bilməyəcəklərini düşünürlər. Onların üçdə biri depressiyaya düşərək, ilk növbədə intihar barədə düşünür və buna cəhd edir. Zorlanan qadınlar ailə qurmaq və hamilə qalmaqdan da çəkinirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ son zamanlar çox aktuallaşıb.

“Təcavüzə məruz qalanların əksəriyyəti, bunu öz ailəsindən gizlədir. Bu, gələcəkdə onların həm fiziki, həm də psixoloji sağlamlığına ciddi şəkildə təsir göstərir. Ailə qurmaq kimi problem yaşayan “qurbanlar” ya “seks köləsi”nə çevrilir, ya da ümumiyyətlə ailə qurmur. Tibbi müdaxilədən sonra ailə həyatı quranların isə, əksər hallarda evliliyi çox davam etmir, boşanmalara gətirib çıxarır. Təxminən 25 il öncə Bakı kəndlərindəki məktəblərin birində müəllim işləyən xanım da axşam saatlarında işdən qayıdarkən, sürücünün təcavüzünə məruz qalıb. Hazırda 50-dən çox yaşı olan qadın hadisəni ailəsindən gizlətməklə, ömürlük olaraq analıq hissindən məhrum olub. Təcavüzə uğrayan qadınlar arasında maarifləndirməyə ehtiyac var".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR