Güzgülərin bilmədiyimiz enerjisi

Səhər oyanan kimi demək olar ki, ilk olaraq güzgüyə baxırıq. Sanki hər gün qeyri-ixtiyari şəkildə onunla evimizin daimi sakini kimi salamlaşıb, sağollaşırıq. Ağlayanda belə, çox vaxt güzgüyə baxıb göz yaşlarımızı silirik.

Metbuat.az bildirir ki, ilk dəfə qədim Yunanıstanda yaranan güzgü energetik səthə malikdir. O, həm müsbət, həm də mənfi enerji daşıyıcısıdır.

Evdə kimsə rəhmətə gedəndə ilk olaraq güzgünün üzü bağlanılır, toy zamanı gəlinlə-bəyin qarşısında güzgü aparılır. Toy günü və ya sonradan sınarsa, bədliyə yozulur, ona hopmuş mənfi enerji və bəd nəzərin miqdarının çox olması ilə əlaqələndirilir. Deməli, şüuraltı olaraq güzgünün sehrinə inanmış oluruq.

Misteriyaya görə, güzgü eyni zamanda iki aləmdə, iki ayrı zamanda mövcud ola bilir. Ona baxarkən gördüklərimizin yarısı real, ikinci tərəfi isə sirli aləmlə bağlıdır.

Cəzbetmə və əksetmə qüvvəsinə malik güzgü istənilən şüanı tutub saxlama imkanına malikdir. O, insanın emosiyalarını yadda saxlayaraq özünə hopdurur, sonra isə enerji şəklində ona baxan insana ötürür.

Güzgüdə gördüyümüz sadəcə şəkil deyil, eyni zamanda güzgü aləmində yaranmış əkiz tayımızıdır. Biz öz evimizdə yaşadığımız kimi, o da güzgü aləminin sakinidir.

Əntiq güzgülər keçmişdə yaşamış və ondan istifadə etmiş insanların xatirələri, izləri ilə zəngin olduğuna görə, onları saxlamaq düzgün sayılmır.

Psixoloq Vəfa Rəşid insanların güzgüyə baxarkən özlərini yaraşıqlı və ya çirkin görməsini onların əhval-ruhiyyəsi ilə bağlı olduğunu deyir: "Pozitiv əhval-ruhiyyə sizi güzgüdə heç zaman çirkin göstərə bilməz" .

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR