Donald Tramp və Angela Merkel arasında baş tutan görüş ictimaiyyətin diqqətini özünə cəlb edib. Bu görüşlə bağlı Almaniyanın "Die Zelt" qəzetinin analitik bölməsi geniş təhlil yazısı yazıb.
Publika.az modern.az-a istinadən yazının
mətnini təqdim edir.
"Keçən əsrdən başlayaraq bütün ABŞ prezidentləri müharibə aparıb.
Çətin ki, Tramp bu məsələdə istisna təşkil etsin. Əskinə,
prezidentliyinin əvvəllərindən başlayaraq Tramp özünü ABŞ-ı
qələbələrə aparacaq rəhbər kimi təqdim etdi. 2 həftə öncə Tramp
ABŞ-ın yenidən dünyanın hegemonu olacağını dedi: "Mən hələ kollecdə
oxuyarkən hamı ABŞ-ın heç bir müharibədə məğlub olmadığını deyirdi.
Amma artıq biz o, müharibələri udmuruq. Biz müharibələri
udmalıyıq".
"Amma Trampın özü sələflərinin Yaxın Şərqdə uduzulan hərbi
kampaniyalarını uyğun məqamlarda tənqid etmirdi mi? Onun yeni
müharibə çağırışı nə deməkdir?" - deyə jurnalist sual verir.
"Bu həftə Tramp öz hərbi ambisiyalarını büdcə vəsaitlərinin
bölüşdürülməsi zamanı ortaya qoydu. Hərbi xərclər 10%
artırılmalıdır. Bu vəsait yeni tankların, aviadaşıyıcıların və nüvə
bombalarının hazırlanmasına sərf olunacaq Eyni zamanda, beynəlxalq
təşkilatların, diplomatların, iqlim müdafiəçilərinin və inkişaf
proqramlarına nəzərdə tutulan xərclər 40% azaldılacaq" - deyə
məqalədə deyilir.
Cümə günü Almaniya kansleri və ABŞ prezidenti Donald Tramp görüşdü.
"İki lider transatlantik münasibətləri yoluna qoymağa çalışırdı.
Xüsusən, federal hökumətin Almaniyanın hərbi xərclərini artırması
Trampın NATO-nun ünvaına bir nüeçə xoş söz deməsi ilə nəticələndi.
Tramp üçün döyüşləri udacaq ordudan söhbət gedir. Ən bahalı
silahlar ölkənin hərbi prestijinin yüksəlməsinə xidmət edir. Güc
hakimiyyət, hakimiyyət isə qələbə deməkdir. Əksər generallar həll
olunmamış siyasi münaqişələrin həllini yalnız güc yolu ilə
müdaxilədə görürlər".
Hərbi münaqişələrin mahiyəti də dəyişib. Əvvəllər müharibə iki ölkə
arasında gedirdisə, indi xüsusi əməliyyatlar, dronlar köməyi ilə
dəqiq zərbələr və s. fazalardan ibarət olub. Amma Tramp da bir
məsələdə yanılır. O, kollecdə oxuduğu zaman Vyetnamda müharibə
gedirdi və sonda kapitulasiya etməyən vyetnamlı partizanların
yerinə ABŞ qoşunları döyüş meydanını tərk etdilər".
"Assimetrik müharibə dünya güclərinin kiçik dövlətlərə məğlub
olduğu bir çox nümunələrlə zəngindir. ABŞ bu təcrübəni
Əfqanıstanda, ABŞ isə 2003-cü ildə İraqda almışdı. Yeni formasiyalı
müharibələr rəqibi yormağa yönəlib. Suriya müharibəsi İkinci Dünya
Müharibəsi davam etdiyi qədər gedir, Əfqanıstan müharibəsi isə daha
çox davam edir. Bu konfliktləri hərbi yolla həll etmək mümkün
deyil".
Müəllif sonda Henri Kissincerin məşhur sözünü xatırladır.
"Partizanlar məğlub olduqları zaman qalib gəlirlər, ordular isə
qalib gəlməyən zaman məğlub olurlar. Trampın qalib gəlmək sözləri 3
konfliktdə özünü göstərə bilər. Bu Şimali Koreyanın nüvə proqramı,
İŞİD-lə müharibə və İrandır.