XIII əsrdə yaşamış yoxsul təbəqədən olan şəxsin surətinin yaradılması insanlar tərəfindən maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları 700 il öncə yaşayan britaniyalı yoxsul şəxsin surətini eynilə foto şəklində yaradıblar. “Kontekst 958” adlanan bu fotonun ərsəyə gəlməsində arxeoloq və anatomiya üzrə mütəxəssislər iştirak edib.

Alimlər üz qruluşunu tərtib edərkən XIII əsrə aid skeletin sümük və dişlərini analiz edib. Həmin insanın Kembric xəstəxanalarından birində xəstəlik səbəbiylə 40 yaşında vəfat etdiyi təxmin edilir.

Aytən Novruzova / Metbuat.az