Avstraliya alimləri qocalmanın qarşısını alan yeni metod tapıb. Tədqiqatçılar insan orqanizmində olan bütün hüceyrələrin “NAD+” adlı yolla bərpasını mümkün sayır.
Metbuat.az xəbər verir ki, bu üsulla insanın yaşlandıqca itirdiyi DNT hüceyrələrini bərpa etmək mümkündür.
Siçanlar üzərində aparılan tədqiqat uğurla nəticələnib. Onlarda həqiqətən də cavanlaşma əlamətləri müşahidə edilib.
Tədqiqatçılar bu üsulun astronavtlar üçün də faydalı olacağını deyir. NASA gələcəkdə uzunmüddətli kosmik uçuşlar zamanı bu üsuldan istifadəni planlaşdırır. Kəşf astronavtların sağlamlığını qorumağa kömək edəcək.
Aytən Novruzova / Metbuat.az