Son 3 il ərzində Rusiya-Türkiyə iqtisadi münasibətlərində soyuqluq müşahidə olunur.

Metbuat.az bildirir ki, bu il martın 15-dən etibarən Türkiyə demək olar ki, Rusiyadan əksər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Xüsusilə də, taxıl, qarğıdalı, günəbaxan yağının idxalı 9,5%-ə qədər azalıb.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev Türkiyə hökumətinin belə bir addımının gələcəkdə Rusiyadan Türkiyəyə məhsul idxalının tamamilə dayandırılmasına gətririb çıxara biləcəyini deyib:

“Rusiya tezliklə özünə yeni partnyorlar tapacaq"

Qeyd edək ki, ötən il Rusiyanın ən böyük ticarət partnyoru Misir olub.

Aytən Novruzova / Metbuat.az