Rəsmi Ankara rus turistləri Rusiya Federasiyasına (RF) məxsus pasportlarla qəbul etməyə hazır olduğunu bildirib.
Metbuat.az bildirir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə rəhbərliyinin məsələ ilə əlaqədar danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.
O qeyd edib ki, bu haqda hələ 2015-ci ilin noyabrında yaşanan böhranına qədər olan dövrdə müzakirələr aparılıb.
Şərtlərdə türklərin də Rusiyaya Türkiyə pasportları ilə girişinə icazə nəzərdə tutulub.
Aytən Novruzova / Metbuat.az