Oksford və Melburn universitetlərinin tədqiqatçıları dindar və ateistlərin ölümə olan münasibətini öyrənən tədqiqat aparıb.
Metbuat.az xəbər verir ki, psixoloqlar bu məqsədlə 1961-ci ildən 2014-cü ilədək dərc olunan 100-ə qədər elmi məqaləni şərh edib. Məqalələrdə 26 min insanın ölümə münasibəti öz əksini tapıb. Tədqiqata əsasən, ABŞ, Yaxın Şərq və Şərqi Asiya ölkələrinin əhalisi cəlb edilib.
Araşdırma dindarların ölümdən qorxmaması kimi uzun illərdən bəri davam edən bir şüarı sanki şübhə altına alıb.
Tədqiqatın nəticələrinə əsasən, dindarların ateistlərlə müqayisədə ölümdən daha çox qorxduqları ortaya çıxıb. Bu isə ateistlərin Allaha inanmadıqları kimi, ölümdən də qorxmamaları ilə əlaqələndirilir.
Aytən Novruzova / Metbuat.az