Martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın səfərində üç helikopter detalı diqqət çəkib.

Publika.az
xəbər verir ki, “Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini yazır.

“Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.

Qeyd edək ki, qondarma “DQR”-in keçmiş “müdafiə naziri”, “ORO”-nun (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı seçki bloku) üzvü Samvel Babayan Serj Sarkisyana sui-qəsd hazırlamaq ittihamı ilə həbs olunub. İddialara görə, Babayan Gürcüstandan qeyri-qanuni yolla “İqla” zenit-raket kompleksi gətirərək, Serj Sarkisyan və digər yüksək vəzifəli şəxslərin olduğu helikopteri partlatmaq istəyib. Babayan əvvəlcə bu iddiaları qəbul etmədi və özünün siyasi fəaliyyəti ilə bağladı. Əslində Ermənistanda seçkiöncəsi situasiya fonunda baş verənlər daha çox şouya bənzəyir.

Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI

Sarkisyanı öldürmək planı: düşmən ölkədə çaxnaşma – İrəvan Qarabağda müharibəyə hazırlaşır

Ermənistanda parlament seçkiləri öncəsi siyasi şou davam edir.