Jerar Pikenin "Real Madrid" haqqında növbəti açıqlaması artıq gündəmi zəbt edib. Madrid klubu bu məsələnin üstünə düşmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun hüquqşünasları Pikenin fikirlərini diqqətlə araşdırıb sonra məhkəməyə şikayət etmək istəyir. "Real" bossları da katalon müdafiəçinin sözlərindən təəccüblənib.

Qeyd edək ki, Fransa - İspaniya (0:2) matçından sonra açıqlama verən Pike Messi və Neymarın məhkəmə işində prokuror olan xanımın "Santiago Bernabeu"da tez-tez görünməsinə eyham vurmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində