Azərbaycan Gənclər İttifaqı "Bakı Payızı" Gənc Estrada İfaçılarının Müsabiqəsinə 2017 ili üçün seçmə mərhələsinə start verirl!

Müsabiqədə iştrak etmək üçün 16-dan 32 yaşa kimi estrada ifaçıları dəvət olunur.

İlk turda iştirakçılara qoyulmuş vaxt müddətində, təşkilatçı komitənin e-mail adresinə öz video çarxlarını göndərməlidirlər. Videoda 2 (iki) dəqiqədən çox olmayaraq, seçdikləri hər hansı bir estrada mahnısı ifa etməlidirlər.

Təşkilatçılar tərəfindən qoyulmuş müddət - 12 aprelə kimi.

Video çarx olan qeydiyyat, həmçinin qeydiyat blankında göstərməyi vacib olan punktlar: ad, soyad, atasının adı, doğum tarixi, telefon nömrəsi. Qeydiyyat videosunu az.gencler@mail.ru adresinə göndərə bilərsiniz.

Münsiflər heyəti 3 (üç) gün ərzində iştirakçıları seçəçək.

2-ci tura keçən iştirakçılara təşkilatçı heyət SMS vasitəsi ilə məlumat verəcək. 16 aprel Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Bakı Payızı 2017" yarışmasının ikinci turu keçiriləcək.

İkinçi turda iştirakçılar bir estrada janrında olan kompozisiya ifa etməlidirlər. İfanın müddəti 4 dəqiqədən çox olmamalıdır. Fonoqram-1 olmalıdır. İkinci turda back vocal ifası qadağandır!

İkinci turun nəticələrinə görə, münsiflər heyəti yarım finala keçmiş iştirakçıları həmin gün yerindəcə təqdim edəcəklər

Yarım final turunda iştirakçılar 2 mahnı ifa edəcəklər. Bunlardan biri dünya estradasının hit mahnısı, digər mahnı isə ölkəmizin estrada mahnısı olmalıdır. Final turuna 15 iştirakçı seçiləcək, sentyabr ayında "Bakı Payızı" əfsanəsi olmaq üçün yarışacaqlar. Ötən illərdə "Bakı Payızı" yarışmasının parlaq ulduzları - Tünzalə Ağayeva, Aygün Kazımova, Faiq Ağayev, İlqar Xəyal, Abbas Əhməd, Zaur Əmiraslanov və digərləri bu əfsanəvi yarışmanın iştirakçılar olmuşlar.

Layihənin final mərhələsi sentyabr ayında baş verəcək. Münsiflər heyətinin səs verməsi ilə birinci, ikinci, üçüncü dərəcəli qaliblər seçiləcək. Gələcəkdə qalib beynəlxalq yarışlardan birində Azərbaycanı təmsil edəcək.

Təşkilatçı komitənin rəhbəri Əziz Əzizov: "Azərbaycan Gənclər İttifaqı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərə öz istedadlarını böyük səhnədə göstərmək imkanı yaradır. Bu müsabiqə artıq bizim yaradıcılığımıza böyük təkan verilib. Belə ənənələri yaddan çıxartmaq olmaz".

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az