"Azur Air" aviaşirkətinə məxsus Utapao aeroportundan (Tayland) Kemerovoya uçan sərnişin təyyarəsi hava qalxandan bir saat sonra geri qayıtmağa məcbur olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarənin geri qayıtmasının sabəbi olaraq texniki nasazlıq göstərilib.

Təyyarə problemsiz Pattayyada eniş edib. Təyyarənin göyərtəsində 167 sərnişin olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində