Uşaqlarımıza din dərsi keçiləcək?

Uşaqlarımıza din dərsi keçiləcək?
15:06 7 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və Azərbaycanda orta məktəblərdə tədris olunan fənlər arasında din (dinlər) üzrə fənn nəzərdə tutulmayıb”.

Bunu Təhsil Nazirliyi ANS PRESS-n sorğusuna cavab olaraq bildirib.

İlahiyyatçı İsmayıl Əhmədovun fikrincə isə məktəblərdə dinlərin tədris edilməsinə ehtiyac var. Onun sözlərinə görə, hazırda məktəblərdə din haqqında verilən məlumatlar qətiyyən kifayət etmir. “Əslində məktəblərdə din daha dərin - ayrıca bir fənn olaraq keçilməlidir. Həmçinin müəllimlər də təbiət, ictimai fənn müəllimlərinin əvəzinə, teologiya təhsili almış şəxslər olmalıdır. Hətta bu sahədə Bakı İslam Universiteti kifayət qədər peşəkar kadrlar da hazırlayır”, - deyə ilahiyyatçı bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da bildirib ki, QMİ təhsildə əməkdaşlığa hər zaman hazırdır. “Bakı İslam Universitetində (BİU) kifayət qədər tələbə təhsil alır və universitetdəki təhsilin səviyyəsi imkan verir ki, BİU məzunları məktəblərdə İslam dinini tədris etsinlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, BİU-da hal-hazırda 374 tələbə təhsil alır. 2014-cü ildə isə 52 nəfər məzun olub. Universitetdən də bildiriblər ki, Bakı İslam Universitetinin məzunları təhsili bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər. “Məzunların işlə təmin olunmasında təyinat da olmadığı üçün onların çoxu öz ixtisası üzrə işləmirlər”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=318220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR