İngilis psixoloqu tərəfindən hazırlanan "blis testi"nin köməyi ilə siz bir dəqiqə ərzində özünüzün və yaxınlarınızın emosional vəziyyətini təyin edə bilərsiniz.

Şəkildə özünüzü "tapın".

Əgər siz 1, 3, 6 və ya 7 nömrəli insanları seçmisinizsə, bu, o deməkdir ki, siz hər zaman öz məqsədinizi bilirsiniz və heç bir maneələrdən, çətinliklərdən qorxmadan bu məqsədə doğru gedirsiniz.

Siz 2, 11, 12, 18, və ya 19-cu insanı seçmisinizsə, deməli, çox ünsiyyətcil, mehriban insansınız.

Əgər siz 4-cü insanı seçmisinizsə, bu, o deməkdir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, çətinlikləri xoşlamırsınız.

5-ci insan tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmır.

Əgər siz 9-cu insanı seçmisinizsə, əyləncə sevən insansınız.

13-cü və 21-ci insanlar ünsiyyətdə olmağı xoşlamır, onları özünə inamsızlıq narahat edir.

8-ci insan öz aləmində olur, fikirləşməyi, düşünməyi xoşlayır.

10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata normal uyğunlaşırsınız, həyatınız sizi tam qane edir.

14-cü insan daxili böhran yaşayır.

Əgər siz 20-ci insanı seçmisinizsə, sizdə lider xüsusiyyətləri var.

16-cı insan daim kimi isə himayə edir və bundan yorulub.

17-ci insan himayə altında olmağı xoşlayır.

Aytən Novruzova / Metbuat.az