Səsli Kosmos Teleskopu ilk dəfə olaraq ulduz sönməsindən sonra yaranan qara dəliyi görüntüləyə bilib.

Metbuat.az xəbər verir ki, güclü partlayış nəticəsində məhv olan böyük ulduzlar ətrafa çoxsaylı maddə və radiasiya kütləsi püskürüb.

Çökmə nəticəsində yaranan qara dəlik o qədər dərin və çəkici bir gücə malikdir ki, hətta işıq belə bu gücə tab gətirə bilməz. Püskürərkən kütlə itirirən ulduz ətrafındakı hidrogen iyonu buludunu hərəkətə gətirir. Bulud hərəkət etdikcə soyuyur və qoparılmış elektronların yenidən hidrogenə qarışmasına şərait yaradır. Bu, 1 il boyunca ətrafa parlaq bir alov verir və getdikcə yoxa çıxmağa başlayır. Yerində isə qara dəlik qalır.

İlk dəfə 2004-cü ildə qeydə alınan nəhəng ulduz Günəşdən 25 dəfə böyük olub. Onun Günəşdən milyonlarca dəfə parlaq olduğu ortaya çıxıb.

Aytən Novruzova / Metbuat.az