İraq şiələrinin dini liderindən Bəşər Əsədə istefa ÇAĞIRIŞI

İraq şiələrinin dini liderindən Bəşər Əsədə istefa ÇAĞIRIŞI
16:23 9 Aprel 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

İraq şiələrinin dini lideri Müqtəda əs-Sədr xüsusi bəyanatında Suriya prezidenti Bəşər Əsədi müharibəyə yol verməməyə və ölkəsinə olan sevgisindən hakimiyyətdən istefa verməyə çağırıb.

Publika.az report.az-a istinadən bildirir ki, Əs-Sədr Amerikanın Suriyanın aviabazasına raket zərbəsi endirməsindən sonra bu bəyanatı verib.

"Hesab edirəm ki, prezident Bəşər Əsədin ölkəni müharibənin faciəsindən və terrorçuların əlinə keçməsindən qorumaq üçün Suriyaya olan sevgisindən istefa verməsi və hakimiyyətdən imtina etməsi ədalətli olardı. Ölkəyə idarəçiliyi xalqın nüfuzlu nümayəndələrinə vermək təqdirəlayiq olardı", - deyə o bildirib.

Əs-Sədr eyni zamanda ABŞ prezidenti Donald Trampın Suriyanın aviabazasına hücum etmək qərarını tənqid edib və onu "ikinci Vyetnam" ilə hədələyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR