Məşhur müğənni tarixi abidədə yaşayır - FOTO

Məşhur müğənni tarixi abidədə yaşayır - FOTO
20:05 9 Aprel 2017
138 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Teylor Svift 2015-ci ildə Beverli Hillzdə 25 milyon dollara villa almışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həmin ev Hollivudun məşhur prodüseri, bir neçə kinostudiyanın banisi Samuel Holdiuna məxsus olub. Villa 1934-cü ildə prodüserin xüsusi sifarişi ilə məşhur memar Duqlas Honnold tərəfindən tikilib.

Bu ilin yanvarında Teylor Los-Ancelesdəki bu malikanəni mədəni abidə kimi qeydiyyatdan keçirmək üçün müraciət edib. Bundan sonra yerli komissiya araşdırma aparıb və bir neçə gün əvvəl mülkə yeni status verilib.

İndi T.Svift yaşadığı yer tarixi abidə olduğu üçün şəhər rəhbərliyindən onun təmirini tələb edə bilər. Villada 6 yataq otağı, ev kinoteatrı, kitabxana, idman zalı və hovuz var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR