"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"

"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"
11:42 10 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Borussia Dortmund"un direktoru Hans-Yoahim Vatzke Pyer-Emerik Obameyanqın yayda "Real" və ya "Barselona"ya transferini istisna etməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vatzke onun "Bavariya"ya keçməyinə imkan yaratmayacaqlarını da vurğulayıb.

"Məncə, Obameyanq komandada qalacaq. Amma "Real" və ya "Barselona" təklif göndərsə, ola bilsin, klubunu dəyişmək barədə düşünər. Digər klublar onun üçün alternativ variant ola bilməz. Xüsusilə də, "Bavariya"nı nəzərdə tuturam. Əlbəttə, Obameyanqın ora getməyinə icazə verməyəcəyik".

Qabonlu forvardın Dortmund təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR