Prezident: "Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur"

Prezident: "Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur"
14:48 10 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın valyta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur".

"Report" məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.

Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı olan layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlət başçısı Azərbaycanın valyta ehtiyatlarının xarici borcundan 5 dəfədən çox olduğunu söyləyib və bunu yaxşı nəticə adlandırıb.

Prezident diqqətə çatdırıb ki, bu il inşaaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, ya da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi".

Bu prosesin artıq geniş vüsət aldığını, mikrarayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq baxçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq baxçası probleminin həll ediləcəyini söyləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/194484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR