Premyer Liqanın 2016/17 mövsümünün bütün medalçıları müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Qarabağ" və "Qəbələ"nin ardınca "İnter" sona 3 tur qalmış ən azı bürünc medalları təmin edib.
Bu "Zirə" ilə XXV turun oyununda baş verib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və "İnter" xal hesabını 43-ə yüksəldib. İndi 3-cü pillə ilə 4-cü pillədəki "Zirə" arasında 11 xallıq fərq var ki, qarşıdakı 3 turda bunu aradan qaldırmaq riyazi cəhətdən aradan qaldırmaq mümkün deyil.
"İnter" ən azı bürünc medalları təmin etsə də, qızıl iddiasını rəsmən itirib. Bakı klubu ilə lider "Qarabağ" arasında 10 xallıq fərq yaranıb ki, bu da çempionluq şansının tamamilə itrilməsi deməkdi.
Əvəzində "İnter"in gümüş medallara iddiası davam edir. Komanda ikinci pillədəki "Qəbələ"dən 6 xal geri qalır və qarşıdakı 3 turda bunu aradan qaldıraraq ikinci yerə yüksəlmək mümkündü.
Beləliklə, növbəti 3 turda çempionluq mübarizəsi "Qarabağ"la "Qəbələ", gümüş medallar uğrunda yarış isə "Qəbələ" və "İnter" arasında gedəcək. Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda isə "Zirə", "Sumqayıt", "Kəpəz" və "Neftçi" mübarizə aparır. AZAL-ın isə son pilləni tutacağı ötən tur rəsmiləşib.
Fanat.Az