Məşhur müğənni "gey" olduğunu etiraf etdi

Məşhur amerikalı müğənni Bari Manilou ilk dəfə olaraq "gey" olduğunu etiraf edib. O, bir neçə ildir ki, həmcinsi ilə münasibətdə olduğunu deyib.

Metbuat.az bildirir ki, müğənninin oriyentasiyasını gizlətməsi onun heyranlarını itirmə qorxusu ilə bağlı olub. Lakin xəbəri eşidən pərəstişkarlar müğənninin bu münasibətini gizlətməyə heç də ehtiyac olmadığını deyiblər.

73 yaşlı ulduzun “Looks Like We made it”, “Copacabana” kimi hitləri var.

Həmcinsi ilə 1978-ci ildə tanış olan müğənni 2014-cü ildə onunla evlənib. Bu haqda xəbər mətbuata 2015-ci ildə sızıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR